F-1.az xatırladır ki, RB13 ilə 4-cü döngədə dayanıb və mövsümün ilk qırmızı bayraqları sallanıb. Bolid təxliyə edildikdən sonra sessiya davam edib. Avstriyalılar problemin səbəbi kimi sensoru göstəriblər və ciddi problem olmadığını deyiblər. Hadisədən sonra Rikkardo boksda mühəndislərlə müzakirələr aparıb və sonra trasa çıxaraq 44 dövrə vurub və 1:22.926 zaman nəticəsi ilə 5-ci olub.
Sabah RB13-ün sükanı arxasına Maks Ferstappen keçəcək və o da bu problemin yaxşı təhlil edilməsini istəyir…