F-1.az xatırladır ki, Maks Ferstappen yaponiyada titulu təmin etsə də, meksikalı sürücü hazırda turnir cədvəlində üçüncü yerdədir və ikinci yerdəki Leklerdən 1 xal geri qalır.
Red Bull indiyə kimi 4 dəfə Mühəndislər Kubokunu qazansa da, sürücüləri heç vaxt çempionatda ilk iki yeri tuta bilməyiblər.
Helmut Marko: “Komanda olaraq indiyə kimi altı dəfə Sürücülər Çempionatında qalib gəlmişik, amma sürücülərimiz heç vaxt ilk iki yeri tuta bilməyiblər.
Maks bu il 13, hətta 14 yarış qazana bilər, amma Peresin mövsümü ikinci yerdə bitirməsi daha vacibdir”.