Red Bull-un bolidinə dəyən yekun zərər məlum olub

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Britaniyadakı qəzada Maks Ferstappenin bolidinə 1.8 milyon dollar dəyərində zərər dəyib.

F-1.az xatırladır ki, Britaniya yarışının startında Lyuis Həmilton rəqibi Maks Ferstappenə arxadan təmas etmiş və yekunda hollandiyalı sürücü bariyerlərə çırpılmışdı. Qəzanən nəticəsində Maksın bolidinin oturacağı qırılıb. İlkin araşdırmalara görə bolidə 750 min avro zərər dəydiyi deyilirdi. Lakin Kristian Horner xərcin ikiqat olduğunu deyib: “Bu bolidlərin təhlükəsizlik standatlarının, halonun və bariyer texnologiyasının xərclərini hesablamalıyıq. Çünki zərbənin təsiri ilə Maksın oturacağı qırılmışdı. Bolid göydə fırlana bilərdi, ancaq bəxtimiz gətirdi.

Bu hal büdcə limitinə də təsir edəcək. Bu qəza bizə 1.8 milyon dollara başa gəlib və büdcə limitinə çox təsir edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*