Red Bull-u hansı cəzalar gözləyir?

FİA büdcə limitini aşdığına görə komandalrın ala biləcəkləri cəzaları açıqlayıblar.

F-1.az xatırladır ki, Aston Martin və Williams komandaları prosedurda səhv etdikləri halda, Red Bull büdcə limitini az da olsa aşıb. Buna görə də onlara cəzalar gələ bilər.

Bəs büdcə limitini aşanda hansı cəzalar gəlir?

1 – Pul cəzası
2 – Xəbərdarlıq
3 – Mühəndislər Kubokunda xal silinməsi
4 – Sürücülər Çempionatından xal silinməsi
5 – Mövsümün bir və ya bir neçə sessiaysından uzaqlaşdırılma (Yarışlar xaric)
6 – Aerodinamika testində məhdudiyyət
7 – Gələcəkdəki büdcə limitində azaldılma

Sürücülər Çempionatında xal silinməsi Red Bull üçün yaxşı olmaz, çünki belə olan halda Ferstappen 2021-ci ildəki titulunu ititrə bilər. Xatırladaq ki, Ferstappen keçən il Həmiltonu 8 xal qabaqlayaraq, çempion olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*