F-1.az bildirir ki, Red Bull şirkəti Daniel Tiktumu gənc sürücü akademiyasından uzaqlaşdırıb. Britaniyalı sürücü keçən il Formula3-də Mik Şumaxerin gerisində qalmışdı. Tiktum bu il Super Formula seriyasında çıxış etsə də, ilk 3 yarışda cəmi 1 xal toplayıb.
Kristian Horner: “Əldə etdiyi nəticələrə görə verilən qərar idi. Yaponiyada çətin günlər keçirdi və bu, onunçün yaxşı olmadı. Gənc proqramın bir üzvü idi. Amma gördük ki, Toro Rosso komandasına yaramır. Buna görə də proqramdan çıxardıq. Ona fürsət verdik. Fürsətlərdən istifadə etmək onun əlində idi”.