Biz artıq qeyd etmişdik ki, Red Bull komandası motor təchizatçısını dəyişə bilər. Komanda bu mövsüm bir neçə dəfə Renault motorlarının etibarsızlığı üzündən vacib xallar itirib və Mercedes motorlarına keçməyə hazırdır. Red Bull RB6-nın üzərində işlər artıq başlayıb, layihəyə görə artıq motor təchizatçısı barədə qərar qəbul etməyin vaxtıdır…
Helmut Marko: “RB6 layihəsinə hazırlıqla əlaqəli bütün məsələləri avqustun sonuna qədər yoluna qoymalıyıq, ona görə də yaxın bir neçə gündə motor təchizatçısı barədə vacib qərar qəbul olunacaq. Bu bizim strateji planda sonuncu məsələdir. Biz sürücülərlə müqavilələri uzatmışıq, həlledici əməkdaşlarımız komandada 2012-ci ilədək qalacaqlar – yaxın illərə biz stabilliyi təmin etmişik.
Renault ilə müqavilənin uzadılmasına yaxşı arqumentlər var, amma Mercedes motorlarına da keçməyin yaxşı arqumentləri var. Müəyyən faktlara göz yummaq olmur, bu il Fettelin maşınında dörd dəfə motor imtina edib, onlardan ikisi keçən uik-end. Mercedes motorlarında bu il imtina olmayıb və mən əminəm ki, onların dörd komandanı motorla təchiz etməyə imkanalrı olacaq.
Biz Spada, Monsada, Suzukada və San Puluda rəqabətədavamlı çıxışa ümid edirik. Abu Dabi avtodromu hamı üçün yenidir, Valensiyaya gəlincə isə, biz bilirdik ki, bu yarış mövsümün ikinci yarısında bizim üçün ən çətin olacaq.
Biz KERS-dən istifadəni planlaşdırmırıq. Sizitemin mövsümün gedişində debütü böyük riskdir, gələn il isə FOTA üzvləri sistemdən istifadəyə imtina ediblər, biz bu razılaşmaya əməl edəcəyik.”