Red Bull tələsməyəcək

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, mühərriklə bağlı qərarı may ayında verməyəcəklər.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi ilə Renault arasındakı müqavilə ilin sonunda bitəcək və fransalı istehsalçı “qırmızı öküzlər”ə mayın sonuna qədər vaxt verib. Red Bull komandası isə yaya qədər Renault və Honda mühərriklərinin performansını izləmək istəyir.

Kristian Horner: “Görək bu il necə olacaq. Mühərrikdəki zəifliyi şassi ilə kompensə etmək istəyirik. Bu il kimlər 3 mühərrikdən istifadə edə biləcək, maraqlıdır. Amma reqlament daha çox mühərriyə icazə versə, belə sıralanma dəyişməz. Problem Renault-dadır. Çünki indiki mühərriklər onlar üçün yaxşı deyil.

Bilirəm ki, mayda FİA-ya xəbər verməliyik. Lakin buna görə tələsməyəcəyik. Qərarı yayın sonunda verəcəyik. Belə qərarlar üçün vaxt lazımdır. Mövsümün ilk yarısında Honda-nı izləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*