F-1.az xatırladır ki, Red Bull komandası bu mövsüm TAG Heuer brendli Renault mühərriyindən istifadə edir. Avstriyalılar Renault ilə müqaviləni uzatdıqdan sonra TAG Heuer-lə titul sponsoru müqaviləsini də uzadıb. Bu müqavilə 2018-ci ilin sonuna qədər davam edəcək.
Kristian Horner: “Mühərrik ortağımız TAG Heuer-lə müqaviləni yeniləməkdən məmnunam. TAG Heuer və Red Bull şirkətləri yarışları sevən və işləri fərqli tərzdə aparan iki qurumdur. Ortaqlığımızın bünövrəsini bu əmələ gətirir.
TAG Heuer-in şüarı “Təzyiq altında təslim olma”-dır. Bu da Red Bull-da hər gün qarşılaşdığımız vəziyyətdir. Buna görə də növbəti illərdə TAG Heuer-ə bu hekayəni danışmaq üçün səbirsizlənirik”.