F-1.az xatırladır ki, 2017-ci ildən etibarən sürücünün başının qorunması sisteminin idmana gətirilməsi planlaşdırılır. Ferrari komandası artıq halo sistemini sınaqdan keçirib.
Red Bull isə şüşəli sistemin üstündə işləyir. Red Bull komandası bu sistemi şou yürüşündə təqdim etməyi planlaşdırırdı, amma avstriyalılar fikirlərini dəyişiblər və sistemi yarış həftəsonunda təqdim etmək qərarına gəliblər.
Kristian Horner: “Sistemi gələn həftə test edəcəyik.
Etibarlılğını yoxlamaq üçün ona təkər atacayıq. Əgər sistem orada uğurlu olsa, Soçidə də test edəcəyik.
Görək gələn həftə testlər necə keçəcək”.