F-1.az xəbər verir ki, istifadə edilən güc qurğusu hissələri sayında digər sürücülərlə müqayisədə olduqca yaxşı vəziyyətdə olmalarına baxmayaraq, komanda strateji dəyişiklik etməyə qərar verib. Növbəti mərhələlərin birində iki ədəd yeni güc qurğusu götürərək startda yer itirmək cəzası almaq və bununla da mövsümün sonuna qədər kifayət edəcək motora sahib olmaq planlaşdırılır. Komanda bunun ötmələrin asan olduğu Spa və ya Montsa traslarından birində etməyi düşünür.
Helmut Marko: “Bundan sonrakı trasları gözdən keçirsəz, bunu harada etməyi planlaşdırdığımızı özünüz başa düşəcəksiniz”.