F-1.az xatırladır ki, Kataloniyadakı birinci sərbəst yürüşlərdən əvvəl bəzi komandaların güc qurğularında dəyişiklilər etdikləri açıqlanmışdı.
Red Bull komandasından Maks Ferstappen və Serxio Peres, McLaren-dən Lando Norris yeni daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K götürüblər.
Norris bu detallardan hər birində üçüncüsünü istifadə etdiyi halda, Peres və Ferstappen ikinci qurğularını götürüblər. Bundan başqa Fernando Alonso və Loqan Sarcent yeni İdarəetmə blokuna və akkumlyator batareyasına keçib.
Oskar Piastri isə yeni qazburaxma sistemi götürüb.