F-1.az xatırladır ki, Ferstappen yarışa 10-cu, Peres isə 11-ci yerdən başlayacaq.
buna görə də “qırmızı öküzlər” hər ehtimala qarşı sürücülərini yeni güc qurğusuna keçirib. İki sürücü də yeni daxiliyanma mühərriyinə, turboya, MGU-K və MGU-H generatorlarına keçiblər. Lakin iki sürücü də limitləri aşmadıqları üçün cərimələnməyiblər.
Alphatauri komandaısnın sürücüsü Pyer Qasli isə sıralanma turunda 19-cu yeri tutduqdan sonra yeni güc qurğusuna keçdiyi və bəzi detallarda limitləri aşdığı üçün startda yer itirib. Beləliklə, fransız sürücü yarışa pit yolundan başlayacaq.