F-1.az xəbər verir ki, həm Daniel, həm də Maks Ostin şəhəri və trası barədə fikirlərini bölüşüblər.
Maks Verstappen: “COTA xüsusi trasdır. Köhnə traslarda olan döngələrə sahibdir və bu da orada yarışmağa olan marağı daha da artırır. İlk döngə genişdir və orada çoxlu ötmələr olur. İlk sektor Silverstoun və Suzukanı xatırladır. Əyləncəli trasdır. Keçən il ilk dəfə orada yarışdım və çox bəyəndim. Ümumiyyətlə, mən ABŞ-ı sevirəm. İnsanları mehribandır və özümü orada rahat hiss edirəm. Onların hamburgerləri və ətləri çox dadlıdır. Buna görə də gərək qidalanma rejimimi nəzarətdə saxlayım. Yaxşı bifşteks yemək üçün vaxtım olacağına əminəm”.
Daniel Rikkardo: “Ostin trası çox gözəldir, oranı çox sevirəm. İlk döngədə hətta dörd maşın yanaşı gedə bilər. Bütün tras boyunca ötmələrə imkan verən yerlər var. Çox sürətli hissələri və kəskin döngələri olan trasdır. Ostin şəhəri də möhtəşəmdir. Qədim dəbdə olan barlar, məkanlar çox gözəldir. Pete’s Piano Bar-da və Rainey küçəsində yerli musiqi dinləmək mümkündür. Bu il həm də Hotel Vegas-a getmək istəyirəm”.