F-1.az xatırladır ki, keçən mövsüm Meksikada asfalt qatı yeni döşəndiyi üçün sürücülər asfaltla ilişmədə problemlər yaşamışdılar.
Daniel Rikkiardo: “Meksika yarışı keçən il çox çətin keçmişdi. Asfalt qatı yeni idi və buna görə də asfaltla ilişmə çox pis idi. Bu il vəziyyət düzəlməlidir. Trasın bəzi hissələri mükəmməldir. Tribunaların yanından yavaş keçəndə azarkeşlərin atmosferini hiss edə bilirsiniz.
Keçən il burada Dia Los Muertos (Ölüm Günü) festivalı var idi və yarışdan sonra oraya getmişdik. Hamı skelet başı taxmışdı. Özümüzü bir filmdə hiss etdik. ABŞ və Meksikaya ardıcıl getmək mənim üçün yaxşıdır, çünki hər iki ölkədə də yaxşı qarşılanırıq və səmərəli vaxt keçiririk”.
Maks Ferstappen: “Meksikadakı tras qəribədir və çox yenidir. Yenidənqurma işləri 2015-ci ildə başa çatıb. Ümid edirəm ki, bu il asfaltla ilişmə və zaman nəticəsi yaxşılaşacaq. Meksikada fanlar çox istəklidirlər və keçən il çoxlu azarkeş gəlmişdi. Onları bu il yenidən görmək mükəmməl olacaq.
Keçən il burada çox gəzə bilmədim. Amma bu il bəzi yeməkləri dadmaq və gəzmək istəyirəm”.