F-1.az xəbər verir ki, hər iki sürücü Mayamidəki isti havanın onların işini xeyli çətinləşdirəcəyini proqnozlaşdırır.
Maks Ferstappen: “Mayamidəki yarışı səbirsizliklə gözləyirəm. Fiziki nöqteyi-nəzərdən oradakı yarış çətin keçir – keçən il hava çox isti idi, ona görə də belə şəraitə hazır olmalıyıq. Bu, şübhəsiz ki, asan olmayacaq – trasın özü də kifayət qədər çətindir. Bu il təşkilatçılar asfaltı yeniləyiblər. Görək bu, sürətimizə necə təsir edəcək. Azarkeşlər bu həftəsonu üçün maşınımızın xüsusi rəng çalarlarını hazırlayıblar. Mən onu görmək üçün səbirsizlənirəm!”
Serxio Peres: “Mayami mərhələsini səbirsizliklə gözləyirəm və ümid edirəm ki, Bakıda göstərdiyimiz rəqabət qabiliyyətini qoruyub saxlayacağıq. Keçən həftə sonu sükan arxasında özümü mümkün qədər inamlı hiss etdim – bütün komponentləri bir araya gətirə bildiyimiz iki mükəmməl yarışımız oldu.
Mən həmişə demişəm ki, mövsümün əvvəlində sabit çıxış etmək lazımdır və Bakıda bu, öz nəticəsini verdi. Son mərhələdə biz necə işləmək lazım olduğunun gözəl nümunəsini göstərdik və komandam heyrətamiz şəkildə çıxış etdi.
Fiziki cəhətdən Mayami mövsümün ən çətin yarışlarından biridir, ona görə də hazırlaşmaq üçün çox çalışdım. İsti hava performansa öz təsirini göstərir və sürücülər yaxşı çıxış etmək üçün bu həftəsonu öz funksiyalarını yaxşı idarə etməlidirlər”.