F-1.az xəbər verir ki, komanda rəhbərliyi bu addımın avstraliyalı sürücünün Serxio Peresə potensial əvəzçi kimi baxması mənasına gəlmir.
Kristian Horner: “Daniel ilə müqaviləmiz çox konkretdir. O, irəliyə doğru yaxşı addım atıb və ikiillik müqaviləmiz davam edir. Maks və Serxio arasındakı əməkdaşlıq fenomenal oldu. Biz Mühəndislər Kubokunun qalibi olduq, beş dubl əldə etdik və sürücülərimiz arasında yaxşı münasibət var. Onlar bizim üçün əla işlər görürlər və sabah nəyinsə dəyişəcəyinə inanmağa heç bir əsasımız yoxdur”.