F-1.az xatırladır ki, Qasli gələn il Red Bull komandası ilə ilk mövsümünü keçirəcək. Əksəriyyət komandanın üstünlüyü Ferstappenə verəcəyini düşünsə də, Marko bu düşüncələri təkzib edib: “Qasli komandaya yeni gəlir və qaydalara riayət etməlidir. Maks isə komandaya öyrəşib. Lakin yarışmaqlarına icazə verəcəyik.
2018-ci ilin ikinci yarısında hərtərəfli inkişaf etdik və şassi cəhətdən ən yaxşı komanda bizik. Xüsusən də, Maks Ferstappen Pol Rikardan sonra səhv etmədi”.