Red Bull Sürücü Akademiyası və debütlərin adamı Liam Louson

Bütün Dünyada avtoidman həvəzkarları var. Biz yarışları izləyirik və istəyirik ki, oradakı pilotlar kimi olmaq istəyirik. Bəs yarış avtomobilini sürmək üçün nə lazımdır? Hansı hazırlıqlardan keçməlisən? Gəlin baxaq.

Yarışçı olmaq üçün kiçik yaşlardan bu işlə məşğul olmağa başlamaq lazımdır. Təxminən 4-5 yaşlarından. Bu yaşlarda mini kateqoriyalı kartlarda yarışıb, uğur qazanmalı, daha sonra isə go-kartda yarışmaq lazımdır. Burada da uğur qazandıqdan sonra Formula4 və ya Formula Renault seriyalarında müəyyən qədər xərc çəkib yarışa bilərsiniz. Bundan sonra isə Formula3 gəlir. Burada da yarışmaq üçün büdcəniz olmalıdır. Burada da uğur qazansanız, Formula2-yə keçmə şansınız olur. Lakin burada da yarışmaq istəyirsinizsə, əlinizi cibinizə salmalısınız. Yəni ki, Formula1-də yarışmağa gedən yol həm keşməkeşli həm də bahalıdır. Bunun üçün ya Ləns Stroll kimi milyarder oğlu olmalısınız, ya da Lyuis Həmilton, Jan Erik Vern, Pyer Qasli, Şarl Lekler ya da Daniel Rikkardo kimi bir komandanın sürücü akademiyasına daxil olmalısınız.

Hazırda ən yaxşı işləyən sürücü akademiyası isə Red Bull-dadır. Təsəvvür edin, bu akademiyadan Sebastyan Fettel və Maks Ferstappen kimi Dünya Çempionları, Daniel Rikkardo, Pyer Qasli, Karlos Sayns kimi yarış qalibi olan sürücülər çıxıb. Bundan başqa bu akademiyanın yetirmələri olan Sebastyen Burde, Jan Erik Vern və Aleksaner Elbon başqa seriyalarda Dünyü Çempionu tittulunu əldə ediblər.

Elə çox uzağa getməyək, keçən il peletondakı 20 sürücüdən yeddisi Red Bull sürücü Akademiyasının yetirməsi idi. Ancaq Sebastyan Fettelin təqaüdə çıxması və Daniel Rikkardonun karyerasına fasilə verməsi ilə bu say beşə düşüb.

Bəs indi sürücü akademiyasında kimlər var? Onların perspektivləri nə yerdədir? Gəlin birlikdə baxaq:

 

Hazırda sürücü akademiyasında Liam Louson, Zeyn Meloni, Ayzek Həcər, Cek Krouford, Entso Fittipaldi, Dennis Hoqer, Ayumu İvasa, Souta Arao, Arvid Lindblad, Sebastyan Montoya kimi gənc sürücülər var.

 

Biz sizə bu sürücülərin bəziləri ilə tanış edəcəyik.

 

Liam Louson ya da Debütlərin Adamı

 

Red Bull Sürücü Akademiyasının hazırda ən çox gələcək vəd edən sürücüsü Liam Lousondur. Yeni zellandiyalı sürücü 2021-ci ildə Formula2-dəki debüt yarışında qalib gələrək, adını insanlara əzbərlədə bilmişdi. Düzdür, bu qələbə onunçün mövsümdə ilk və son olmuşdu, amma bir debütantın ilk yarışında qələbə qazanması həmişə rastlanan hadisə deyil.

 

Bundan başqa 2021-ci ildə DTM-dəki debüt mövsümündə az qala çempion olurdu. Formula2-də olduğu kimi DTM-də də çıxdığı ilk yarışı qazanan 21 yaşlı pilot son yarışa ən yaxın rəqibi Maksimilyan Götsdən 18 xal öndə başlasa da, startda rəqibi tərəfindən zərbəyə məruz qalmış və asılqanı qırılmışdı. Komanda əmri ilə yarışın qalibi olan Göts isə son yarışda çempionluğu Lousondan almışdı.

 

2022-ci il isə gənc sürücü üçün daha yaxşı keçdi. Formula2-də ikinci mövsümünü keçirən Liam bu dəfə özünü yaxşı tərəfdən göstərərək, 4 yarışın qalibi oldu, 6 yarışda isə podiuma yüksəldi. Yekunda mövsümü üçüncü yerdə bitirən Liam bu il Super Formula Çempionatında çıxış edir.

 

22 yaşlı vunderkind Super Formula-da da özünü yaxşı tərəfdən göstərib və həm Formula2-də, həm də DTM-də olduğu kimi Super Formula-da da debüt yarışında qələbə qazandı və hazırda titul uğrunda mübarizə aparır.

 

Debütlərin adamı olan Liamı bu gün ilk dəfə Formula1 yarışında izləyəcəyik. Onun bu dəfə debüt yarışında qalib gəlməsi çətin məsələdir, amma ən azından əlindən gələni edərək, xal qazana və özünü yaxşı tərəfdən göstərə bilər. Onsuz da AlphaTauri komandasında hazırda xal qazanmaq uğur sayılır.

Əslində Macarıstan yarışından əvvəl Nik de Friz komandadan göndəriləndə əksəriyyət niderlandlı sürücünü Liam Lousonub əvəzləyəcəyini düşünürdü, amma Red Bull şirkəti AlphaTauri komandasınd təcrübə ilə gənc sürücü vəhdəti qurmaq istədiyi üçün son anda Daniel Rikkardonun gəlməsinə qərar verildi.

Lakin Rikkardonun zədələnməsindən sonra Yani zellandiyalı sürücü üçün yeni bir fürsət yarandı. Onsuz da birinin uğursuzluğu digərinin uğuru deməkdir. Buna görə də Louson növbəti 2-3 yarışda özünü ən yaxşı tərəfdən göstərməli və Formula1-də çıxış etməyə layiq olduğunu sübut etməlidir.

 

Scuderia AlphaTauri komandası

 

Red Bull komandasından əksəriyyətinizin onsuz da xəbəri var. Sizə bir az Red Bull-un bala komandası sayılan AlphaTauri-dən danışmaq istəyirəm.

 

Ditrix Mateşiç 2005-ci ildə Jaguar komandasını alıb, Red Bull etdikdən sonra boş dayanmamış və 2006-cı ildə Minardi komandasını da satın alaraq, Scuderia Toro Rosso adlandırmışdı. Toro Rosso-nun mənası İtalyanca qırmızı öküz deməkdir.

 

Toro Rosso komandasının əsas məqsədi Red Bull Sürücü Akademiyasından çıxan gəncləri Formula1-də yarışdırmaq idi. Burada Sebastyan Fettel, Sebastyen Burde, Xayme Alquersuari, Daniel Rikkardo, Jan Erik Vern, Maks Ferstappen, Karlos Sayns, Daniil Kvyat, Pyer Qasli və Aleks Elbon kimi sürücülər Fomula1-də debüt edib. Sebastyan Fettel və Pyer Qasli Formula1-dəki ilk qələbələrini Toro Rosso-da qazanıblar.

 

Düzdür, 2020-ci ildə komandanın adı Scuderia AlphaTauri olaraq dəyişdirildi və Pyer Qaslinin qələbəsi komanda yeni ada keçəndən sonra oldu, amma adlar dəyişsə də, komanda və məqsəd eyni idi – Red Bull Sürücü Akademiyasında yetişmiş sürücülərə yarışmaq şansı vermək…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*