F-1.az xatırladır ki, avstriyalılar qış testlərində Ferrari və Mercedes-in gerisində qalmışdılar. Red Bull komandasının sürücüləri bunun səbəbinin fərqli sazlanmalar üzərində işləməkləri ilə izah etmişdilər. Mercedes Motorsport-un rəhbəri Toto Volff da bildirmişdi ki, Red Bull testlərdə tam gücünü göstərməyib və onlar Avstraliyada güclü olacaqlar.
Kristian Horner: “Melburnda hamını təəccübləndirə bilərik. Bolidimiz güclüdür və sıralanma performansı üzərində çox işləmədik. Fərqli sazlanmalar üzərində işlədik və gözəl məlumatlar topladıq. Əminəm ki, mövsümün ilk yarışından rəqabətədavamlı olacağıq.
Mercedes hələ də öndədir, amma Ferrari ilə fərqi bağlamışıq, yay tətilinə qədər isə almanlarla fərqi bağlayacağıq. Bu il Ferrari-yə qarşı diqqətli olmalıyıq. Keçənilkindən güclüdürlər və çətin mübarizə olacaq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər”.