Red Bull Spada KERS-dən istifadə etməyəcək

Valensiyada Red Bull komandasının nümayəndələri Spada KERS-dən istifadə etməyin mümkünlüyündən danışırdılar, onların fikrincə, sistem Brawn GP ilə mübarizədə əlavə üstünlük […]

Valensiyada Red Bull komandasının nümayəndələri Spada KERS-dən istifadə etməyin mümkünlüyündən danışırdılar, onların fikrincə, sistem Brawn GP ilə mübarizədə əlavə üstünlük ola bilərdi, amma yarışın finişindən sonra Kristian Horner jurnalistlərə bildirib ki, Belçikada sistemdən istifadə olunmayacaq, Monsa barədə isə komanda ayrıca qərar qəbul edəcək…

Kristian Horner: “Spa Silverstoundan elə də çox fərqlənmir, orda isə bizim maşın çox rəqbətədavamlı idi, ona görə də bu mərhələdə KERS-in tətbiqi son nəticəyə mənfi təsir edə bilər.

Monsa barədə qərarı isə Belçikadan sonra qəbul edəcəyik. Söhbət Renault/Red Bull KERS sistemindən gedir, mövsümün əvvəlində mühəndislər belə bir sistem hazırlayıblar, biz ondan istifadə edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*