Red Bull Soft təkərdən qorxub

Red Bull komandasının rəhbəri Kristian Horner ümid edir ki, Soft təkərlərin dözümlülüyünə inanmadıqları üçün Medium təkər seçiblər.

F-1.az xatırladır ki, sprint yarışına hamı Soft təkərlə başlasa da, Ferstappen Medium təkərləri seçib. Yekunda Rassell, Sayns və Həmilton onu keçib və niderlandlı sürücü finişə dördüncü yerdə çatıb.

Kristian Horner: “Soft təkərin tez yeyiləcəyini düşündük və buna görə Mediumu seçdik. O təkərlər 12 dövrə dözsə, yarışın qalan hissəsi bizə rahat keçərdi. Yarışın ilk hissəsində yerimizi qorusaq da, ikinci hissəsində yeyilmə Softlardan çox oldu. Mercedes sürətli olduğu üçün onları arxada saxlaya bilmədik.

Mercedes mövsüm ərzində bolidini təkmilləşdirdi. Buna görə də performansları məni təəccübləndirmir. Corc əla iş gördü. Yarışda Soft təkərləri götürsəydik, daha yaxşı olardı, amma indi bizim əsas yarış üçün təptəzə Soft təkərimiz olacaq. Bunun hesabına önə keçə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*