Red Bull seçim qarşısındadır

Red Bull şirkətinin idman məsləhətmçisi Helmut Marko bildirib ki, Bəhreyn yarışında çətin seçim qarşısında olacaqlar.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” qış testlərində güclü təsir bağışlayıblar. Onlar həm yarış, həm də sıralanma tempində rəqiblərindən üstün görünüblər. Buna görə də onların ilk yarışda necə sazlanma seçəcəkləri hamıya maraqlıdır.

Helmut Marko: “Bolidimiz ilk gündən hazır olduğu üçün xırdalıqlara kökləndik və xüsusi sazlanmalar etdik. İndi bunu dəyərləndirəcəyik.

Gələn həftəsonu üçün sıralanma turunda Ferrari ilə mübarizə aparmaq üçün vahid dövrəyə fokuslana bilərik. Belə etsək, vahid dövrədə sürətli olacağıq. Bəlkə də, yarış üçün sazlanma seçərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*