Keçən həftə biz xəbər vermişdik ki, Force İndia komandası Sebastyen Buemiyə xəbər vermişdi ki, onun xidmətlərinə marağı yoxdur. Amma Sebastyen Red Bull komandası ilə ehtiyat və test sürücü müqaviləsini uzatmağa hazırdır.
İsveçrənin Blick qəzetinin verdiyi məlumata görə, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Buemini komandada saxlamağa razıdır – 2012-ci ildə Sebastyen bu işin öhdəsindən yaxşı gəlib. Gözlənildiyinə görə, müqavilə Buemi Braziliyaya yola düşənə qədər imzalanacaq – Braziliyada isveçrəli sürücü Felipe Massanın təşkil etdiyi kartinq turnirində iştirak edəcək…