F-1.az xatırladır ki, Ferrari-dən Şarl Lekler bazar günü Albert Parkda sözün əsl mənasında at oynadaraq qalib gəlib və mövsümdə ikinci qələbəsini qazanıb. Red Bull komandası isə Maks Ferstappenlə mübarizəni dayandırıb. Serxio Peres isə Leklerə 20 saniyə uduzaraq, ikinciliyə razı olub.
Kristian Horner: “Cümə sərbəst yürüşlərindən sonra bolidin arxa tərəfində dəyişikliklər etdik, çünki sərbəst yürüşlərdə arxa təkərkər tez yeyilirdi.
Ancaq asfaltın kauçukla örtülməsi və temperaturun artması ilə tam tərsi oldu. Problemləri həll edərkən, ön tərəfdə problemlər yaranmağa başladı. Buna görə də balansı itirdik və Medium təkərlərdə yeyilmə başladı. Hard təkərlərdə pis deyildik”.