Sebastyan Fettel ardıcıl 3-cü titulunu qazanandan sonra şayiələr gəzirdi ki, Red Bull komandası almaniyalı sürücünün 2014-cü ilin sonunda başa çatacaq müqaviləsini uzatmaq qərarına gəlib. Amma dünən Avstriyanın Qrats şəhərində keçirilən küçə şousunda Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko şayiələri təkzib edib…
Helmut Marko: “Bizim müqaviləmiz 2014-cü ildə başa çatır, heç nə dəyişməyib. Bilmirəm ki, bu şayiələr hardan peyda olub.”