Red Bul şirkətinin idman məsləhətçisi Helmut Markonun vətəni Avstriyanın Qrats şəhərində təşkil olunmuş küçə şousunda Helmut və Sebastyan Fettel Formula1-in Şpilberqdəki avtodroma qayıtması imkanlarını şəhr etmişdilər, xatırladaq ki, avtodrom hazırda Diter Mateşiçə məxsusdur və rekonstruksiyadan sonra Red Bull Ring adlanır.
O zaman onların dediklərini heç kim ciddi qəbul eləmədi – tras Formula1 standartlarına tam cavab verir və münasib lisenziyası da var, amma trasın yenidən quruıması zamanı aşağı seriyadan olan yarışların keçirilməsi nəzərdə tutulub və tribunaların və digər qurğuların tutumu elə də böyük deyil. Elə cənab Mateşiç də bir neçə dəfə bildirib ki, trasda Formula1 yarışı keçirməyi planlaşdırmır.
Amma FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası 2013-cü il mövsümü üçün təqvimin növbəti ilkin versiyasını təsdiq etdikdən sonra məlum olub ki, təqvimdə 21 iyul tarixində naməlum yarış var – bu vakansiyanı Türkiyə və Fransanın tutmağa çalışdığı bir vaxtda Red Bull-un nümayəndələri FİA-ya xatırladıblar ki, şirkətin ev avtodromu da tam hazır vəziyyətdədir…
Helmut Marko: “Biz FİA-ya xatırlatdıq ki, Red Bull Ring Formula1 yarışları keçirmək üçün lisenziyaya malikdir. 70-ci və 80-ci illərdə bu trasda Qran Prilər keçirilib, Qratsda isə qonaqları qəbul etməyə kifayət qədər mehmanxana var.”
Gələn mövsüm üçün təqvimin dəqiqləşdirilmiş versiyası yanvarda dərc olunmalıdır. 2011-ci ildə Ekksltoundan təqvimə Avstriya Qran Prisinin qayıtması barədə soruşduqda, Berni suala sualla cavab vermişdi: “Niyə də yox?”