Red Bull Rikkardonun getməsinə razıdır?

Red Bull komandasının idman direktoru Kristian Horner bildirib ki, Rikkardonun yerinə çoxlu alternativləri var.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitəcək və 28 yaşlı sürücü yeni müqavilə bağlamağa tələsmir.

Kristian Horner: “Uzun və çətin mövsümü yola verdik. Sürücülərlə danışıqlar edəcəyimiz son şey idi. Amma gələn mövsümün əvvəlində bolidin performansını gördükdən sonra əsas məqsədimiz Danielin müqaviləsini uzatmaq olacaq. Heç olmasa, 2020-ci ilə qədər onu komandada saxlamaq istəyirik.

Alternativlərin olması həmişə yaxşıdır. Gənc sürücü proqramına illərlə yaxşı pullar qoymuşuq və hazırda mükəmməl sürücülərimiz var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*