F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqavilənin ilin sonunda bitməsinə baxmayaraq, 28 yaşlı sürücü müqaviləni yeniləməyə tələsmir və Ferrari, Mercedes alternativlərini dəyərləndirir.
Kristian Horner: “Ən gec yay tətilindən əvvəl qərar verməliyik. Sona qədər gözləməyəcəyik. Bəzi alternativlərimiz var. Buna görə narahat deyilik. Həmişə demişəm və indi də deyirəm – Daniellə davam etmək istəyirik. Amma alınmasa, alternativlərimiz var. Əsas seçimimiz Karlos Sayns olsa da, gənc sürücülərimiz də var”.