Red Bull komandası Renault motorundan cəsarətlənib

Red Bull komandası Renault-nun qış fasiləsində gördüyü işlərdən razıdır.

F-1.az xatırladır ki, turbo motorlara keçiddən sonra heç də yaxşı təsir bağışlamayan Renault zavod komandası kimi yarışlara qayıtdıqdan sonra motorlarının hardasa yarım saniyə sürətləndiyini bildirmişdi. Red Bull komandası da motordakı inkişafı hiss edir.

Kristian Horner: “Güc qurğusu qışda yaxşı inkişaf etdirilib, bunu testlərdə də görmüşdük. Qarşımızda hələ çox uzun bir yol var. Bu bii cəsarətləndirir və irəli addım atmağa sövq edir”.

Daniel Rikkardo: “Keçənilki illə müqayisədə inkişafı hiss edirik. Toro Rosso, Williams və Force İndia kimi komandaların sürücülərini keçə bildim. Bu, bizi ruhlandırır. Bir il əvvəl bunları edə bilmirdik. Yaxın vaxtlarda yeni paket gələcək. Biz doğru yoldayıq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*