Red Bull rəhbərliyi Qasliyə xəbərdarlıq edib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko testlərdə qəzalar edən Pyer Qasliyə xəbərdarlıq edib.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin 2-ci və 7-ci günlərində qəza edərək, komandasının dəyərli vaxt itirməsinə səbəb olub.

Helmut Marko: “Dünya Çempionu olmaq üçün şansımız var. Renault ilə ayrılıb, Honda mühərriklərinə keçmək ən doğru qərar idi.

Qaslinin ikinci qəzasından sonra ehtiyat hissələrimiz bitdi. Buna görə də son gün Maks üçün çətin keçdi. Buna baxmayaraq, bu il hər iki sürücümüzə bərabər yarışmalarına icazə verəcəyik. Ancaq testlərdə Qaslinin Maks səviyyəsində olmadığını gördük. Lakin iki qəzanı saymasaq, yaxşı idi. Bir də belə etməməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*