Red Bull Racing komandasının başçısı Kristian Horner bildirib ki, gələn ilin RB6 maşını hazırlanarkən, komanda hər şeydən əvvəl Sebastyan Fettelin sürmə stilini əsas götürəcək…
Kristian Horner: “Sürücülərə tamamilə eyni texnika və avadanlıq verilir və eyni dəstək göstərilir. Amma Sebastyanın uğurlarını nəzərə alaraq məntiqcə onun stilinə uyğun gələn maşın hazırlamaq daha doğru olardı. Biz məhz belə edəcəyik. RB6-nı hazırlayarkən biz onun sürmə xüsusiyyətlərini nəzərə alacayıq. Xoşbəxtlikdən Mark Uebberin stili də Sebastyanın stilinə oxşayır və bu konstruktorların işini çox asanlaşdırır.
Mən bir daha qeyd edirəm ki, bizim sürücülərin statusları eynidir, amma bu o demək deyil ki, mövsümün sonuna qədər vəziyyət dəyişməyəcək. Əgər bir neçə yarışdan sonra onlardan biri titul qazanmaq üçün real şans qazansa, onda az xal toplamış digər sürücü köməkçi rolunu oynamalıdır. Amma hələlik bu barədə danışmaq çox tezdir, çünki Uebber və Fetteli cəmi 3.5 xal ayırır.
İstisna etmirəm ki, gələn il komandanın sürücülər heyəti dəyişməyəcək. Sebastyanın müqaviləsi gələn ilin sonunda bitir. Biz Uebberin işindən çox razıyıq, onun müqavilsəi bu il başa çatır, amma müqavilənin uzadılması barədə danışıqlar hələ başlanmayıb.”