Red bull RB19-u təqdim edib

Red bull-un 2023-cü il bolidi RB23 axır ki, Bəhreyndəki qış testlərində gün üzünə çıxıb.

F-1.az xatırladır ki, sonuncu Dünya Çempionları fevralın 3-də builki rəng çalarlarını təqdim etsələr də, bolidi göstərməmişdilər. Daha sonra RB19 Silverstounda çəkiliş günü üçün trasa çıxarılmış, amma tam görüntü mətbuata verilməmişdi.

Bu gün başlayan testlərlə bilrikdə Red Bull yeni bolidi RB19-u təqdim edib. Komanda rəsmi təqdimat günü təşkil etməyib və çəkilən şəkillər bolidi start-finiş düzlüyünə apararkən çəkilib.

Bolidin keçən illə müqayisədə hər yerində dəyişikliklər olsa da, altlıq və şassidəki dəyişikliklər daha çox diqqəti cəlb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*