Red Bull RB18 8 kiloqram yüngülləşəcək?

İtaliya mətbuatının verdiyi xəbər görə Red Bull komandası İmolada bolidin çəkisini 8 kiloqram azaldacaq.

F-1.az xatırladır ki, Red Bull RB18 hazırda ən ağır maşındır. Buna baxmayaraq Avstriya komandası mövsümün ikinci yarışı Ciddədə qalib gəlib.

İndi isə Red Bull-un İmolada keçiriləcək Emiliya Romanya Qran Prisinə 8 kiloqram yüngül maşınla gələcəyi iddia olunur. Belə olan halda, “qırmızı öküzlər” 0.2 saniyə sürətlənə bilər. Bu da əsas rəqibləri Ferrari üçün böyük təhditdir.

Qeyd edək ki, bilidin çəkisinin 1 kiloqram azalması ən az 250 min avroya başa gəlir. Red Bull bolidləri RB18-in çəkisini 8 kiloqram azaltsa, 2 milyon avro tərləməli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*