Red Bull RB16B-ni təqdim edib

Titula əsas namizədlərdən olanRed Bull komandası 2021-ci il bolidi RB16B-ni təqdim edib.

F-1.az bildirir ki, bu bolid keçənilki RB16-nın yaxşılaşdırılmış versiyasıdır. RB16 balans cəhətdən daha zəif idi və sürücülər bu bolidi sürməkdə çətinlik çəkirdilər. Lakin komanda problemləri tapıb və yeni mövsümdə Mercedes-ə qarşı mübarizə aparmağa hazırdır.

Bundan başqa mühərrik də keçənilkinə nisbətən güclənib. Honda bu il “qırmızı öküzlər”ə 2022-ci ilin motorunu verəcək.

Lakin dəyişikliklər bununla bitmir. Keçən il bərbad performansı ilə Ferstappenin kölgəsinə belə çata bilməyən Aleksander Elbonu daha təcrübəli və yarış qələbəsi olan Serxio Peres əvəz edib.

Kristian Horner: “Problemlər təkcə aerodinamikadan qaynaqlanmırdı. Boliddə hər şey birlikdə işləyirlər. Lakin bu il inkişaf etmişik. RB16B-nin yeni reqlamentdən necə təsirləndiyini görəcəyik. Ümid edirəm ki, keçənilki səhvlərimizdən dərs çıxararıq”.

Serxio Peresin sponsorları olan Claro, Telmex və İnfinitum yeni mövsümdə Red Bull-a tərəfdaşlıq edəcəklər. Şirkətin loqotipləri bolidin üzərində olacaq. Bolidin arxa qanadında isə artıq Aston Martin yox, Honda loqotipləri yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*