F-1.az xatırladır ki, “qırmızı öküzlər” həmişə bolidlərini ən son təqdim edən komandalardan olurdular. Buna görə də mövsümün ilk yarışlarında yaxşı nəticə göstərə bilmirdilər. Eyni halla üz-üzə qalmaq istəməyən Avstriya komandası RB14-ü testlərdən bir həftə əvvəl təqdim edib.
Komanda yeni rəng çalarlarını gizlətsə də, yeni bolidi Silverstounda yağışlı havada trasa çıxıb və sükan arxasına Daniel Rikkardo keçib.