Əsl RB12-ni azarkeşlər və mətbuat bir neçə gündən sonra testlərdə görəcəklər, amma bu gecə yekunda hamı qazanıb – hamı yeni rəng çalarını görüb, şəkillərini sosial şəbəkəlrədə paylaşıb, komanda və sponsorlar isə reklam olunublar. RB12-nin xarakteristikaları hələlik hamıya sirr olaraq qalıb. Real yeni maşın isə elə təqdimat günü FİA-nın məcburi çarpma testlərini başa vurub və mövsümöncəsi testlərə hazırlıq mərhələsini qurtarıb.
Mərasimi Devid Kulthard açıb və toplaşanlara Red Bull komandasında iş təcrübəsindən danışıb – şotlandiyalı sürücü hələ 19 yaşında Milton Kinsdə yerləşən komandalardan birində çalışıb.
Deviddən sonra səhnəyə komandanın başçısı Kristian Horner və Puma-nın marketinq şöbəsinin başçısı çıxıblar, onlar qarşılıqlı sərfəli əməkdaşlıqdan danışıblar – Puma çıxışın sonunda Red Bull rənglərində paltar kolleksiyasını nümayiş etdirib.
Nəhayət, səhnəyə pərdə altında yeni maşın gətirilib, amma pərdəni çəkərkən məlum olub ki, səhnədə maşın yoxdur – rəqs qrupu yeni paltar kolleksiyasında məharətini göstərib. Rəqsin sonunda keçənilki maşın və komandanın sürücüləri səhnəyə çıxıblar.
Yeni rəng çalarında dəyişiklik azdır, sadəcə daha ciddi və lakonik alınıb. Lak əvəzinə mat boyadan istifadə olunub – komanda test edib ki, bu cür rəng örtüyü aerodinamikanın effektliyinə təsir etmir. Bolidin fon rəngi tündləşib, hətta qaraya yaxındır, yan pantonların üzərində titul sponsorun adının əvəzinə əvvəlki illərdə olduğu kimi Red Bull yazılıb, amma ətrafındakı ağ rəng yoxa çıxıb.
Gözlənildiyi kimi, maşının üzərində TAG Heuer brendinin adı peyda olub – Renault motorları komandaya bu adla verilir. Əvvəlki illə müqayisədə Total, exness və Platform Computing loqotiplərinin yerlərini dəyişməyiblər.
Bolidin yeni görünüşü ilə komanda böyük uğura ümid edir…
Kristian Horner: “Komandanın tarixində növbəti era başlayır və bolidin yeni rəng çaları bu inqilabın bir hissəsidir. Yeni rəng yeni başlanğıcı simvolizə edir. İlin bu vaxtında biz həmişə yeni mövsümə hazırlaşırıq, bazada olan əməkdaşlar tam gərginliklə işləyirlər. Bu il təqvimd 21 mərhələ var, amma test günlərinin sayı 8-ə endirilib – elə də çox deyil. Bizim sürücülər artıq 3 ay dincəliblər, amam biz ümid edirik ki, tezliklə onların işi başlarından aşacaq!
Hərçənd, qışda sürücülər qış məşq lagerinə gəlmişdilər və formaları üzərində ciddi işləyiblər, indi onlar daha böyük cəhdlə qələbə arzulayırlar. Onların hər ikisinin çempionatda elə də çox təcrübəsi yoxdur, amma qısa zaman kəsiyində Daniel Rikkardo inanılmaz nəticələr göstərərək Formula1-in yaxşı sürücüsü imicini qazanıb. Daniil Kvyat komandamızda ilk mövsümünü yüksək səviyyədə keçirdi. Bu il biz hər iki sürücümüzdən yüksək nəticələr gözləyirik.
Biz hər il maşının rəng çalarına müəyyən fəlsəfə ilə yanaşırıq. Bu dəfə hər şeyi yenidən, sıfırdan, ağ vərəqdən başlamağa qərar verdik. Ona görə də RB12-nin görünüşünə aqresivlik verdik. Ümumi fonda maşınımız yenə də asanlıqla seçiləcək. Digər sürücülər isə arxanı göstərən güzgülərdə bizim maşınları asanlıqla tanıyacaqlar. Zənnimcə, maşınımız düzgün rənglərə boyanıb, ona görə də düzgün işləməlidir.
Tezliklə Barselonada biz yeni maşın haqqında real məlumatlar alacayıq və qarşıdakı mövsümə şansımızı dəyərlənirəcəyik”.
Daniil Kvyat: “Tətil günlərimi Avropada keçirdim, əsasən məşq edirdim. Yaxşı dincəlmişəm, mövsümöncsi testlərə tam hazıram.
Gələn həftə başlayacaq testlərdə yeni maşın barədə real məlumat alacayıq, hələlik isə aldığımız təəssüratlar yeni maşının sürətli olmasından xəbər verir. Səbirsizliklə yeni mövsümü gözləyirik”.
Daniel Rikkardo: “Yeni maşınımız əla alınıb, rəngləri də yaxşı görünür, amma biz sürücülər üçün onun trasda nə drəcədə effektiv olması daha vacibdir. Hərçənd, deyirlər ki, maşın nə qədər gözəl olsa, bir o qədər rəqabətədavamlı olar. Bu il kombinezonlarımız da əla görünür, ümid edirəm ki, yeni uniformamız bizə uğur gətirəcək.
Səbirsizliklə mövsümün ilk yarışını gözləyirəm, ev trasımda uğur qazanmaq istəyirəm. Çox nikbinəm, motivasiyam da aşıb-daşır. Gələn həftə testlərdə işləyəcəyik, amma mən elə birdəfəlik Melburna getmək istərdim”.