Bu gün son iki ilin çempionu Red Bull komandası 2012-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Keçən il olduğu kimi yeni maşın mövsümöncəsi testlərə qədər hazırlanıb, amma bu dəfə təqdimat mərasimi virtual olub – komandanın rəsmi saytında yeni maşının şəkilləri və məsul şəxslərin müsahibələri dərc olunub.
Qarşıdakı mövsümə vəzifələr dəyişməz qalıb – hər iki titulu qoruyub saxlamaq, bu barədə komandanın başçısı Kristian Horner danışıb…
Kristian Horner: “Bizim çox sadə məqsədimiz var – hər iki titulu müdafiə etməyə çalışacayıq. Keçən il biz bunu asanlıqla edə bildik, 2011-ci ildə biz səviyyəni çox yüksəklərə qaldırdıq, amma biz həmişə bütün sahələrdə inkişaf etməyə çalışırıq.
Yeni maşını biz rekord qısa vaxt ərzində hazırlamışıq. Ədrian Nyui heç vaxt tələsmir, amma kostruktor bürosu və istehsal şöbəsi öz işlərinin öhdəsindən əla gəldilər. Biz qarşımıza məqsəd qoymuşduq – mövsümöncəsi testlər yeni maşını hazırlamalı idik, məqsədimizə çatdıq. Komanda ilk testlərə yaxşı formada çatıb.
Biz rəqiblərimizin hərəkətlərini idarə edə bilmirik, rəqiblərimiz çox ciddi komandalardır, amma hazırda biz yalnız öz işimizə diqqət edirik, qüvvələr nisbətini isə yalnız Melburnda biləcəyik.”
Digər virtual təqdimatlarda olduğu kimi maşının arxa hissəsini əks etdirən şəkillər yoxdur, əsas dəyişikliklər isə məhz bu hissədə baş verib – sorucu diffuzora qoyulan qadağadan sonra mühəndislər arxa hissədə asfalta yatma qüvvəsinin itkisini kompensə etməyə çalışıblar.
RB8-in burun elementində də mövsümə xas olan “pillə” peyda olub – maksimal hündürlüyü təmin etmək üçün bu yeganə yoldur.
Ədrian Nyui: “RB8 – başlanğıcını 2009-cu ilin modeli RB5-dən götürən dördüncü nəsil maşındır. Güman edirəm ki, yeni maşını həmin modelin nəticəsi saymaq olar.
Əgər RB7 şassisi qazburaxma sisteminin ətrafında konstruksiya olunmuşdusa, bu il biz geriyə qayıtmalı olduq və əvvəlki maşınlara baxdıq – iki il əvvəl bizim maşında qazburaxma boruları maşının yanında idi. Biz əminik ki, o zaman seçdiyimiz yol yeganə doğru yol idi.
Konstruksiyanın həlledici hissəsi maşının arxa hisssəsinin hündürlüyünün dəyişməsidir. Keçənilki qazburaxma sistemi maşının arxa hissəsində yüksək klirensə icazə verirdi, indi isə buna nail olmaq çox çətindir, ona görə də biz klirensi azaltdıq və bütün konstruksiyanı buna adaptasiya etdik.
Maşının burnunu da reqlamentə görə aşağı salmalı olduq, bir çox komandalar bu yolu seçiblər – maşına maksimum gözəl görünüş verməyə çalışmışıq.”
Komanda sürücülər heyətini saxlayıb, Sebastyen Buemi isə ehtiyat sürücü vəzifəsini icra edəcək – sürücü əsasən simulyatorda işləməklə mühədnislərə maşının təkmilləşdirilmsəində kömək edəcək…
Sebastyan Fettel: “Keçənilki senarinin təkrarlanmasına ümid etmək səhv olardı, inanmıram ki, bu dəfə də komanda dərhal üstünlüyü əla alacaq. Əminəm ki, rəqabət ciddi olacaq – başqa variant əsil sürpriz olacaq.
Mühəndislərin eksperiment imkanları bu il məhdud olub, son iki ildə iki vacib komponent qadağan olunub, əvəvlcə ikiqat diffuzor, sonra isə sorucu diffuzor, ona görə də ciddi üstünlüyü təmin etmək çətin olacaq. İnanmaq istəyirəm ki, RB8 rəqiblərin maşınlarından sürətli olacaq, amma çox güman ki, peletonda sürət bərabər olacaq, sıralanma turunda maşınlar arasında fərq çox az olacaq.
Yeni maşına hələ ad verməmişəm. Keçən il ilk yarış ərəfəsində ad vermişdim, baxaq bu dəfə necə olacaq. Bəzi variantlar var, amma hələ qərar verməmişəm!”
Mark Uebber: “Mən şadam ki, yeni maşını trasa birinci mən çıxaracam. Birinci testlərdə maksimum məlumat toplamaq vacibdir, maşının güclü və zəif tərəflərini müəyyən eləməliyik. Melburna qədər trasda elə də çox işləməyəcəyik.
Keçən il mənim çıxışımı elə də ideal hesab etmək olmaz, amma ümumən mövsümü üçüncü yerdə başa vura bildim, ikinci olmuş Censon Battona elə də çox uduzmadım, Braziliyada qazandığım qələbə isə mövsümün əla sonu oldu.
Bütün sürücülər daim inkişaf edirlər, mən səbirsizliklə yeni yarışları gözləyirəm.”