Bu gün Xeres testləri başlamamışdan əvvəl Red Bull Racing komandası yeni maşınını toplaşanlara nümayiş etdirib. Bununla da çempionatın keçənilki iştirakçılarının hamısı yeni maşınlarını nümayiş etdiriblər – komanda birinci testlərə qatılmamışdı ki, aerodinamik boruda işləri tam başa vursun, nəticədə yeni maşının debütü praktiki olaraq keçənilki debütləü st-üstə düşüb – keçən il RB5 Xeresdə fevralın 9-da nümayiş olunmuşdu.
Yerli vaxtla saat 8:30-da fotosessiya başlayıb, sürücülər maşının üzərindən qoruyucu pərdəni çəkiblər və jurnalistlər ilk dəfə RB6-nı görüblər. Maşın ənənəvi rəng çalarlarına boyanıb və bir çox aerodinamik yeniliklərlə zəngindir, amma komanda əsas yenilikləri sonuncu test seriyasına saxlayıb.
Komandanın başçısı Kristian Horner jurnalistlərə komandanın qarşısında duran vəzifələrdən danışıb…
Kristian Horner: “Red Bull Racing – hələ də nisbətən gənc komandadır, ona görə də keçən il qazandığımız təcrübəni, keçənilki mövsümün ikinci yarısındakı stabil işimizi nəzərə almaqla demək istəyirəm ki, biz yeni mövsümə pis hazırlaşmamışıq. Biz rəqiblərimizə hörmətlə yanaşırıq – onlar çox güclüdürlər, amma qarşımıza ciddi çəqsədlər qoymuşuq.
Məncə, qələbəyə dörd komanda namizəd olacaq. Deyəsən, McLaren və Ferrari bu dəfə yaxşı maşın qurublar və əlbəttə, Mercedes GP çox güclü olacaq – belə sürücülərlə!Amma biz öz gücümüzə inanırıq, hamı gərgin işləyir və Ədrian Nyui öz mütəxəssisləri ilə birlikdə daha bir gözəl maşın qurub.
Bu il sürücü heyətini də dəyişməmişik: keçən Sebastyan Fettel daha peşəkar sürücü kimi yetişib, mövsümün gedişində stabil güclənib, Mark Uebber isə fiziki formasını tam bərpa edib. Bu stabillik bizim uğurların daha bir faktoruna çevrilməlidir.”
RB6-ın konstruktiv xüsusiyyətlərindən Ədrian Nyui danışıb…
Ədrian Nyui: “Yeni maşın keçənilki maşının inkişafıdır, baxsanız ümumi cəhətlər çox taparsınız. Biz yeni konsepsiya hazırlamamışıq, sadəcə keçənilki maşını təkmilləşdirmişik. Şassinin konstruksiyası və arxa asılqanlar keçən il olduğu kimi qalıb.
Bizim qarşımızda iki yeni faktor dururdu – böyük yanacaq bakalrı və qabaq təkərlərin daha ensiz olması, amma ümumən komanda ənənəvi məsələni həll edirdi – yeni maşını keçənilkindən sürətli etmək.
Mən ümid edirəm ki, RB6 irəliyə doğru addımdır. Keçən il RB5-in konstruksiyasında ikiqat diffuzorun tətbiqini nəzərdə tutulmamışdı, ona görə də biz kompromis variant axtarmalı olduq. RB6 üçün bu element ağ vərəqdən hazırlanıb.
Yeni maşının aerodinamik boruda hazırlanması keçən ilin yayından başlanmışdı, əvvəlcə biz monokoku hazırladıq, sonra isə aerodinamikanı böyük yanacaq bakına görə qurduq.”
Sebastyan Fettel: “Qış uzun sürdü, mən çoxdandır ki, sükan arxasında oturmuram, yaxşı ki, nəhayət, biz Xeresə gəldik və testlərə başlamağa hazırıq. Yeni maşın keçənilkindən fərqlənir, mənim çox xoşuma gəldi, indi çox vacibdir ki, RB6 sürətli və etibarlı olsun.
Testlər başlamamış proqnoz söyləmək çətindir, indi biz yalnız məqsədimiz elan edə bilərik – keçən illə müqayisədə biz irəliyə doğru addım atmalıyıq. Mən ümid edirəm ki, biz keçən il olduğu kimi sürətli olacayıq. Əminəm ki, bizi maraqlı mövsüm gözləyir.”
Mark Uebber: “Bütün komandaların maşınları uzanıb, bundan başqa biz aerodinamikaya da müəyyən dəyişikliklər etmişik, amma düzünü desəm, keçənilki son yarışdakı qələbə dublundan sonra maşını çox dəyişmək istəməzdik. Məncə, bu il biz daha çox uğur qazanacayıq.
Komandanın da ümidləri pozitivdir. Biz keçən ili əla keçirdik və geri dönmək fikrimiz yoxdur. İndi biz bir neçə məsələni həll etməliyik.”