Red Bull Racing komandası 2007-ci ildən Renault motorlarından istifadə edir, amma gələn il motor təchizatçısı dəyişə bilər – Britaniyanın Autosport qəzeti komandanın Mercedes rəhbərliyi ilə danışıqlar aparmasından yazıb. Hazırda alman motorlarını çempionatın üç komandası işlədir – McLaren, Brawn GP və Force İndia, və müştərilərin sayının artmasıa zehtimallıdır, əksinə Ross Braun Mercedes motorlarını rəqiblərinin və FİA-nın razılığı ilə bəhran vəziyyətini nəzərə almaqla əldə etmişdi, amma Kristian Horner vəziyyətin dəyişməsinə işarə edib…
Kristian Horner: “Hələlik gələn il üçün motorlardan danışmaq tezdir, biz ümid edirik ki, Renault motorlarını əvvəlki kimi ala biləcəyik – FİA-nın motorun gücünü artırmasına icazə verdikdən sonra bu motorlar rəqabətədavamlıdırlar, amma Mercedes motorları həqiqətən güclüdürlər. Ross Braun artıq sübut edib ki, komanda motoru son anda belə dəyişə bilər – müasir Formula1-də bu sadəcə məchullardan biridir.”