Red Bull qərarını yenə təxirə salıb

Red Bull komandasının isman məsləhətçidi Helmut Marko bildirib ki, mühərriklə bağlı son qərarlarını Avstriya yarışından sonra bildirəcəklər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər”in Renault ilə müqaviləsi ilin sonunda bitir və hazırda Honda da Avstriya təmsilçisinin alternativləri arasındadır. Red Bull bu həftəsonu Kanadada Honda və Renault-dan gələn məlumatları təhlil edəcək və onları müqayisə edəcək. Bu qərar Daniel Rikkardonun yeni müqavilə ilə bağlı qərarına təsir edir.

Helmut Marko: “Danışıqlar gedir və Avstriyada qərar vermək istəyirik. Eyni anda sürücü ilə bağlı qərar da olacaq. Başqa ehtimal yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*