F-1.az xatırladır ki, sonucu Bəhreyn yarışı RB15-in dar sazlanmalar çərçivəsində effektiv olduğunu göstərib. Maks Ferstappen bu problemlərlə mübarizə apara bilsə də, Qasli komanda yoldaşı kimi güclü ola bilməyib.
Helmut Marko: “Bəhreyndə arodinamik problemləri tapdıq. Məncə, səbəbləri bilirik. Bəzi dəyişikliklər etdik. Testlərin ilk günündə Ferstappenin nəticəsi gözəl idi. Problem konseptlə əlaqəli deyil. Bu, ilk dəfə başımıza gəlmir. Bəhreyndəki külək də bizə mane oldu. Bu problemləri Çinə qədər həll edəcəyimizə əmin deyiləm. Amma ən geci Barselonada düzələcək”.