F-1.az xatırladır ki, oxşar problem Ostindəki yarışda Ferstappenin də başına gəlmişdi. Komanda eyni vəziyyəttin bir daha yaranmaması üçün çalışır.
Kristian Horner: “Məncə pit-stop zamanı problem yaranmasa idi, Serxio Lyuisi qabaqlayardı. Səbəbi tapmaq lazımdır. Deyəsən, qayka ilişib və mexanikin təkəri çıxarmasına mane olub. Amma sonra Serxio yaxşı yarışdı. Sürətli idi, lakin bu, Lyuisi qabaqlamaq üçün kifayət etmədi. Təəssüf ki, DRS məsafəsinə düşə bilmədi və deteksiya nöqtəsində lazım olandan 0.03 saniyə geridə idi”.