F-1.az xatırladır ki, meksikalı sürücü qızdırma dövrəsində dayansa da, maşını yenidən işə salmış və yekunda 5-ci olaraq, vacib 10 xal qazanmışdı.
Kristian Horner: “Elektrik problem yaşadıq. Nəyə görə baş verdiyini anlamağa çalışdıq. Amma bunu İmoladan əvvəl həll etməliyik. Daha əvvəl belə problemlə üzləşməmişdik.
Serxio orada hər şeyi düzgün elədi. Bolidi işə salıb davam elədi. Bu, əla oldu. Ötmə etməyi bacardığını göstərdi. Tempi yaxşı idi”.