F-1.az xəbər verir ki, komandanın idman məsləhətçisi öz ideyası barədə başqa söz deməyib, lakin mətbuat onun sözlərində Rikkardonun komandada Serxio Peresi əvəz edə biləcəyinə dair ipucu görüb. Üstəlik, bu il əsasən simulyator üzərində işləyən Danielin özü də Red Bull-da yenidən yarışmaq istədiyini gizlətmir.
Helmut Marko: “Silverstoundan sonra Rikkardo Pirelli tərəfindən təşkil edilən testlərdə üç gün bizim maşınımızı idarə edəcək. Və sonra onun həqiqətən nəyə qadir olduğunu qiymətləndirə biləcəyik”.
Bundan əlavə, 80 yaşlı avstriyalı mütəxəssis Peresin perspektivləri ilə bağlı bir neçə kəlmə də deyib: “Hər halda o, bizim üçün planlaşdırıldığından daha uzun müddət yarışıb. Sadəcə, onu kimin əvəzləyəcəyini düşünmək və bütün variantları araşdırmaq lazımdır”.
Xatırladaq ki, Serxio son 3 yarışda sıralanma turunda son mərhələyə keçə bilməyib, üstəlik son 3 yarışda da tutduğu yerlər çox da qənaətbəxş olmayıb. Nəticədə çempionatda+ aralarındakı xal fərqi 69-a çatıb və üçüncü yerdəki Fernando Alonso da ona çatır…