Red Bull passiv DDRS-in sınağına başlayıb

Red Bull komandası bu gün passiv DDRS sisteminin öz versiyasını test etməyə başlayıb. Nahardan sonra Fettelin idarə etdiyi RB9-un arxa […]

Red Bull komandası bu gün passiv DDRS sisteminin öz versiyasını test etməyə başlayıb. Nahardan sonra Fettelin idarə etdiyi RB9-un arxa qanadının altında sistemə xas olan sistemi aktivləşdirən hava kanalı peyda olub.

Passiv DDRS sistemi adi DRS sistemin bir növüdür, yəni məqsəd maşının düz yolda havaya müqavimətini azaltmaqdır, amma sistemi pilot işə salmır.

Nəzəri cəhətdən passiv DDRS-in sxemi olduqca sadədir – maşın düz yolda müəyyən sürəti yığdıqdan sonra hava kanalına daxil olan hava axını xüsusi klapana təzyiq edir və sistem işə düşür. Yəmni arxa antiqanadın hərəkətli lövhəsi yuxarı qalxır və havaya qarşı müqavimət azalır – yəni sürücünün idarə etdiyi adi DRS-də olduğu kimi.

Passiv DDRS reqlamentlə icazəlidir və ötmə zonasında olmasa belə düz yolda kifayət qədər üstünlük verir. Həm də nəzərə almaq lazımdır ki, DRS-i aktivləşdirmək üçün qarşıdakı maşınla fərqi 1 saniyənin altına salmaq lazımdır, amma DDRS-də buna lüzum yoxdur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*