Red Bull öz dilinin qurbanıdır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Red Bull komandası bütün günahı Renault-nun üzərinə atıb tənqid etdiyi üçün onlara mühərrik verməyəcəklər.

F-1.az xatırladır ki, xüsusən də 2015-ci ildə Red Bull və Renault arasındakı münasibətlər son həddə çatmış və avstriyalılar mühərrik təminatçılarını sərt və açıq dillə tənqid etmişdilər.

Toto Volff: “Belə danışıb mühərrik təminatçılarını baltaladıqları üçün motor tapa bilmirlər. Formula1 də həyat kimidir. Hamının xüsusi və iş həyatı var. Tərəfdaşınızın zəif və güclü tərəflərini bilərək bir-birinizə kömək etməlisiniz. Mercedes bu ənənəyə sahibdir və buna görə uğurlu olduq. Hörmət bizim üçün əsasdır və tərəfdaşlarımızı belə seçirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*