Red Bull Nyuinin gedişindən sonra fəaliyyət planı hazırlayıb

2025-ci ilin əvvəlində Ədrian Nyuinin Red Bull ilə əməkdaşlığı başa çatacaq.

Çempion komandanın texniki direktoru Pyer Vaşe F-1.az-ə bildirib ki, Milton Kinsdə artıq məşhur mühəndissiz gələcək iş planı hazırlanıb.

Pyer Vaşe: “Adrianın getməsinə təəssüf edirik, çünki bu bütün şirkət üçün bir çağırışdır. Bizə irəli getməkdən başqa heç nə qalmır. Kənardan vəziyyət bir cür görünür, amma biz komandada kimin nə vaxt getdiyini bilirik, ona görə də əvvəlcədən gələcək işimizi qururuq.

Əlbəttə ki, biz Adrian ilə işləməyə davam etməyi üstün tutardıq, amma vəziyyət belədir. Biz onun getməsinin nə qədər pis olacağını düşünmürük, əksinə belə bir vəziyyətdə nə edə biləcəyimizi və necə inkişaf edə biləcəyimizi anlamağa çalışırıq. Əgər komanda zəif nöqtələri görürsə, onları aradan qaldırmağa çalışır – biz məhz belə işləyirik. Biz daha yaxşı olmağa diqqət yetiririk.

Onun getməsinə görə məyus deyilik. Məyusluq qətiyyən qələbəyə gətirməyəcək. Əgər komandamızda hər şey bir nəfərin ətrafında qurulsaydı, bu başqa məsələ olardı, amma bu bizim halımız deyil. Red Bull-da maşını hazırlayan və onu daha sürətli edən üç yüzdən çox mühəndis işləyir.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*