F-1.az bir-neçə gün əvvəl xəbər vermişdi ki, Red Bull Racing komandası keçən cümə günü Avstriyanın Kitsbyuel dağ-xizək kurortunda olanlar üçün Snowruns adını almış nümayiş yürüşləri keçirib. Toro Rosso-nun gənc pilotu Maks Ferstappenin RB7 ilə qar üzərindəki şousu 3500-ə yaxın tamaşaçı tərəfindən izlənilib və çox bəyənilib.
Bu nümayişin Avstrya Qran Prisi üçün yararlı olacağı düşünülürdü.
Lakin Avstriya mətbuatında çıxan xəbərlərə görə, yürüşü icazəsiz keçirdiyinə görə Red Bull komandası məhkəməyə verilib və 30000 avro təzminat tələb olunur.
Kitsbyuel rəhbərliyi bu məlumatı təsdiq edib.