F-1.az xəbər verir ki, mütəxəssis həmçinin komandanın niyə digərlərindən daha az yenilənmələrə ehtiyac duyduğunu izah edib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Avstriya komandası FİA tərəfindən 7 milyon dollar cərimə edilmiş və aerodinamik boruda 10% az işləməklə cəzalandırılmışdı.
Ernst Noors: “Bu, maşın üzərində işdə rol oynayacaq. Red Bull aerodinamik boruda sınağı və kompüter hesablamaları üçün ən az qabiliyyətə malik komandadır. Bununla belə, Red Bull mövsümə ən yüksək səviyyədə başlayıb, ona görə də yeniləmələrə o qədər də ehtiyac duymurlar.
Düşünürəm ki, Red Bull-un diqqətini 2024-cü ilə çevirəcəyi an tezliklə gələcək – texniki aspektdə nəsə səhv getməsə və ya Maks Ferstappen ciddi qəzaya düşməsə. Aydındır ki, biz hadisələri qabaqlamamalıyıq, lakin Ferstappen və Red Bull-un hazırkı üstünlüyü ilə onlar sadəcə olaraq titulunu itirə bilməzlər”.