Red Bull komandası Mark Uebberlə müqaviləsini gələn ilin sonuna qədər uzatmasını təsdiq edib. Şayiələrə görə, Mark daha uzunmüddətli müqaviləyə ümid edirmiş, amma müqavilə hələlik yalnız gələn il üçün təsdiq olunub. Beləliklə, gələn mövsüm komandanın heyətində dəyişiklik olmayacaq…
Kristian Horner: “Mən şadam ki, Mark gələn il bizimlə olacaq. Keçən ilin sonunda aldığı qəzadan sonra bu mövsüm Mark bir daha öz sadiqliyini və qətiyyətliyini nümayiş etdirdi, onun nəticələri və motivasiyası isə ən yüksək səviyyədə mübarizə aparmağa imkan verir. Müqaviləni uzatmaq qərarı asan idi, biz hesab edirik ki, Mark və Sebastyan bizim idmanda ən güclü sürücü cütlüyüdür.”
Mark Uebber: “Mən çox şadam ki, biz Red Bull-la müqavilənin daha bir il uzadılmasına razılaşmışıq. Hətta bizim əməkdaşlığımızın başlanğıcında, daha çətin vaxtlarda, mənim bu komandada işləməkdən xoşum gəlirdi, indi isə mən yarışlardan daha çox ləzzət alıram. Qarşıda bizi mövsümün çox maraqlı ikinci yarısı gözləyir, mən trasda maksimuma nail olmaq üçün əlimdən gələni edəcəm, komandaya isə gələn ilin maşını üzərində işləməyə kömək edəcəm.”